AZ

Regionda hava kəskin dəyişdi: ilk qar yağdı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Regiona qış gəlib.

Globalinfo.az xəbər verir ki, artıq Rusiyanın bəzi bölgələrinə qar yağıb.

Belə ki, oktyabrın 6-da yağan güclü qar İrkutsk vilayətində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Regionun qubernatoru İqor Kobzevin sözlərinə görə, ağır yük maşınları və avtobuslar üçün yol məhdudiyyəti qoyulub. İrkutsk rayonunda səkkiz yaşayış məntəqəsi və doqquz bağçılıq icması elektriksiz qalıb, ümumilikdə 2156 ev və 8404 nəfər zərər çəkib.

Bundan əlavə, Xabarovsk diyarının Oxotsk rayonunda oktyabrın 6-da payız öz yerini qəfil qışa verib. Həmin gecə Arka kəndi ilk qarla örtülüb.

Həmçinin Novosibirsk, Kamçatka, Kemerovo, Krasnoyarsk, Amur və sair kimi yerlərə də ilk qar yağıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
globalinfo.az

3Mənbələr