AZ

Xəbərdarlıq etdi: "Qarabağ"ı arxayınlıq yıxmasın... VİDEO

"Eyforiyaya qapılmaq olmazdı.

Həyatda elə uğurlar olur ki, insan havalara girir.

Sənə elə gəlir ki, məsələn, dənizə dərinə qədər gedərsən, batmazsan və s.

Amma halbuki peşəkar üzgüçü də olsan, bata bilərsən. İnsan qəzadan, təhlükələrdən sığortalanmayıb.

"Qarabağ"da futbolçularda da qazanılan qələbələr fonunda arxayanlıq yarana da bilərdi.

"Kopenhagen"lə qarşılaşmanın ikinci hissəsi çox çətin keçdi. O rahatlıq problem yarada bilərdi.

Xüsusilə, 60-78-ci dəqiqələr arası çox gərgin keçdi. Burada qol buraxıb oyuna nəzarəti də itirə bilərdik".

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Emin Abbasov Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçı (2:0) haqda danışıb.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
10
2
sportinfo.az

3Mənbələr