Tibetdə Everest Dağına dırmaşan itkin düşən 550-dən çox turistlə əlaqə yaratmaq mümkün olub.
Bu barədə Çin dövlət mediası məlumata yayıb.
Onların xilas edilməsi üçün əməliyyata start verilib.
Rəsmilər artıq 350 nəfəri xilas etdiklərini bildiriblər.
Məlumata görə, turistlər çovğuna düşdükdən sonra onlarla əlaqə kəsilib.
Xilas olan turistlərdən biri qar qatının qalınğının qısa müddət ərzində bir neçə metrə çatdığını bildirib.
O qeyd edib ki, qarın altında batmamaq üçün çadırın qarşısını qardan 10 dəqiqədən bir təmizləməli olub.
Bu arada, region ölkəsi Nepalda isə leysan daşqınnlar və torpaq sürüşmələrinə səbəb olub.
Pis hava şəraiti ilə əlaqədar 44 nəfər ölüb.
Bir kənddə 450 evi su basıb.
Təcrid vəziyyətinə düşən əhali təhlükəsiz yerlərə təxliyə olunublar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta