AZ

Merz: Almaniya səmasında aşkar edilən PUA-lar kəşfiyyat məqsədi daşıyırdı

Almaniya səmasında aşkar edilən pilotsuz uçuş aparatları (PUA) silah daşımırdı və kəşfiyyat məqsədi daşıyırdı...

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz ARD telekanalına müsahibəsində bildirib.

“Bu casusluq cəhdləridir, həmçinin əhalini qorxutmaq cəhdləridir. Biz bilirik ki, bununla bağlı nəsə etmək lazımdır və biz bunu edəcəyik. Lakin bunu ehtiyatla, uzaqgörənliklə və çox ardıcıl şəkildə həyata keçirəcəyik”, - Merz bildirib.

Kansler Münhen hava limanı üzərində son günlərdə müşahidə olunan dronların mənşəyinin hələ müəyyən edilmədiyini bildirib. Lakin onun sözlərinə görə, bu uçuşların arxasında kim dayanırsa, onlar Almaniyanın təhlükəsizliyi üçün “ciddi təhlükə” yaradır.

Poliqon.info

Seçilən
8
1
poliqon.info

2Mənbələr