AZ

Rusiya şəhələrinə geniş dron hücumu olub - 8 hava limanı bağlanıb

Rusiyanın bir sıra şəhərlərində — Kaluqa, Tambov, Soçi, Krasnodar, Gelencik, Yaroslavl, Saratov və Nijni Novqorodda oktyabrın 6-na keçən gecə hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

Bu barədə Rusiya KİV-lər məlumat yayıb.

Rəsmən gecikmələrin səbəbi açıqlanmasa da, ölkənin bir çox regionlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib. Sosial şəbəkələrdə və yerli Teleqram kanallarında Ryazan, Dzerjinsk, Nijni Novqorod, eləcə də Tuapse və Soçi üzərində partlayış səslərinin eşidildiyi bildirilir.

PUA hücumları Moskva vilayətinə də təsir edib. Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan bir dronun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Yerli mənbələrə görə, Belqorod və Bryansk vilayətlərində enerji infrastrukturu obyektlərinə, Krımın Feodosiya şəhərindəki neft bazasına, həmçinin Dzerjinskdə partlayıcı maddələr istehsal edən Sverdlov zavoduna hücumlar olub.

Rusiya Müdafiə Nazirliyinin səhər açıqlamasında bildirilib ki, gecə ərzində hava hücumundan müdafiə qüvvələri ümumilikdə 251 Ukrayna dronunu məhv edib. Onların ən çoxu Qara dəniz üzərində — 61 dron vurulub. Bundan başqa, işğal altındakı Krımda 40, Kursk vilayətində 34, Belqorodda 30, Nijni Novqorodda isə 20 dronun məhv edildiyi qeyd olunub.

"AzPolitika.info"

Seçilən
9
2
hurriyyet.az

3Mənbələr