AZ

Filippot Lekornunun ardınca Makronu istefaya çağırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu istefaya çağırıb. Bu çağırış, premyer-minister Sebastyan Lekornyun vəzifəsindən istefa etməsindən sonra səslənib. Sebastyan Lekornyu oktyabrın 5-də hökumətin yenilənmiş tərkibi ilə bağlı tənqidlər fonunda prezident Makrona istefa ərizəsi təqdim etmişdi. Makron onun istefasını qəbul edib. Beləliklə, Lekornyun baş nazir olaraq fəaliyyət müddəti Fransa Beşinci Respublikasının tarixində ən qısa olub - o, postda bir aydan az çalışıb. Əvvəlki rekord, dekabr 2024-də təyin olunan və təxminən üç ay sonra istefa edən Mişel Barnyeyə məxsus idi. Florian Filippot isə X sosial şəbəkəsində yazaraq, "İndi sıra Makronundur!" - deyə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr