AZ

Təhlükəli qidalar rəngli etiketlərlə işarələnəcək

Mütəxəssislər: Şəkər və trans yağlarla zəngin məhsullar sağlamlıq üçün təhlükəli hesab edilməlidir.

E-saglam.az xəbər verir ki, qidalanma sahəsində mütəxəssislər bildirirlər ki, tərkibində yüksək miqdarda şəkər və trans yağlar olan məhsullar — o cümlədən çipslər və qazlı içkilər — sağlamlıq üçün təhlükəli hesab edilməli və siqaret və alkoqol kimi xəbərdarlıq etiketləri ilə işarələnməlidir.

Ekspertlər hesab edirlər ki, bu məhsulların mütəmadi qəbulu piylənmə, şəkərli diabet və digər xroniki xəstəliklərin yaranmasına şərait yaradır. Buna görə də, onların zərər dərəcəsinə görə rəngli etiketlərlə işarələnməsi təklif olunur:

 Qırmızı – son dərəcə təhlükəli məhsullar

 Sarı – arzuolunmaz məhsullar

Yaşıl – sağlam və təhlükəsiz məhsullar

Bundan əlavə, istehsalçılardan məhsulun sağlamlığa təsiri barədə xəbərdarlıq yazılarını qablaşdırmaya əlavə etmək tələb oluna bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu addım ictimaiyyətdə sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr