AZ

Beli sındığı deyilən hücumçudan yenə nə xəbər var? - VİDEO

Premyer Liqanın VII turunda, "Karvan-Yevlax"la oyunda zədələnən "Sabah"ın hücumçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, beli sımdığı deyilən almaniyalı forvardın hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Mikels hazırda özünü yaxşı hiss edir. O, hazırda evədədir.

Dəqiq diaqnoz bu gün MRT müayinəsindən sonra qoyulacaq. Gün ərzində bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Seçilən
16
sportinfo.az

1Mənbələr