AZ

Saxlanılan QHT sədrləri sərbəst BURAXILDILAR

Bir neçə gün öncə saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlamağa görə saxlanılan QHT sədrləri haqqında yeni xəbər var. 

Modern.az-ın əldə etdiyi məlumata görə, saxlanılan QHT sədrləri ilə bağlı ilkin araşdırmalar aparılıb, onların izahatları alınıb və müvafiq prosessual tədbirlər başa çatdıqdan sonra sərbəst buraxılıblar. Məlumata əsasən, araşdırmalar zamanı bu şəxslərin fəaliyyət istiqamətləri və rəhbərlik etdikləri təşkilatların son dövrlərdəki işinə dair müəyyən məsələlər dəqiqləşdirilib. Hazırda toplanmış materiallar əsasında hüquq-mühafizə orqanları tərəfindən əlavə qiymətləndirmə aparılır.

Xatırladaq ki, oktyabrın 1-də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılmışdı.

DİN-in rəsmi məlumatında bildirilib ki, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Seçilən
12
9
modern.az

10Mənbələr