AZ

Azərbaycanlı qapıçı oynadı, komandası səfərdə qazandı

Azərbaycanlı qapıçı Elməddin Məmmədovun formasını geyindiyi "Lüftetari" Albaniyanın 1-ci Liqasında növbəti matçına çıxıb.

Fanat.Az-ın məlumatına görə, çempionatda qalmağı hədəfləyən kollektiv səfərdə iddialı "Poqradeçi" ilə üz-üzə gəlib.

Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start "11-lik"də yer alan Elməddin sonadək meydanda olub.

Xatırladaq ki, ötən mövsüm "Mingəçevir"də uğurlu çıxışla yadda qalan Məmmədov avqustda "Lüftetari" ilə müqavilə bağlayıb. Sözügedən qolkiper daha öncə müxtəlif ölkələrdə legioner həyatı yaşamış azsaylı azərbaycanlılardan biridir.

Nihat

Seçilən
22
1
fanat.az

2Mənbələr