AZ

Bakıda 122 yaşı olan bina söküləcək? - RƏSMİ CAVAB

Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən binanın söküləcəyi iddia edilib.


Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, sözügedən ünvanda yerləşən binanın sökülməsi nəzərdə tutulmayıb:

"1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq", - məlumatda qeyd olunub.



Seçilən
25
18
manset.az

10Mənbələr