AZ

BŞİH şöbə müdiri sakinlərə qarşı… Əraziyə polis çağırıldı – Video

Bakıda aparılan böyük söküntü işlərinə baxan, Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov hazırda söküntüsü davam edən Bayırşəhərdə sakinlərlə üz-üzə gəlib.


Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı memar Abdula Hüseynov paylaşıb. O bildirib ki, Z.İsmayılov dünən axşam 19 radələrində ərazidəki bütün kommunikasiya xətlərini bağlatdıraraq söküntüyə şəxsən nəzarət etmək üçün əraziyə gedib:
“Daha bir tarixi binanın sökülməsinə cəhd edirlər.
İstirahət günü – 05.10.2025-ci il tarixində, axşam saat 19 radələrində Zülfəli İsmayılov Bayırşəhərin Vidadi küçəsində sakinlərə əzələ nümayiş etdirmək məqsədilə 37 saylı evi tamamilə məhv etmək üçün texnikadan istifadə etmək məqsədilə ərazinin bütün kommunikasiya xətlərini bağlatdırdı və söküntüyə şəxsən rəhbərlik etmək üçün əraziyə gəldi.
Lakin sakinlərin müqaviməti ilə qarşılaşdı. Sakinlərin “102”xidmətinə etdikləri müraciətlə bağlı əraziyə gələn polislər söküntünün başlamasına imkan vermədilər. Sakinlərlə həmrəy oldular. Bundan hiddətlənən Zülfəli İsmayılov “sabah saat 9-da buranı dağıdacağam” – deyib getdi.
Ümüd edirəm ki, Xüsusi Mühafizə Zonasında dağıntıların qarşısını aidiyyatı qurumlar almağa nail olacaqlar”.
Qeyd edək ki, Z.İsmayılov Bakı sakinlərinin “ev yıxan, ev dağıdan, adamların evini başına uçurdan” kimi tanıdıqları “buldozer” ləqəbli məmurdur. İsmayılovun adını axtarışa verdikdə onun fəaliyyəti barəsində ölkə mediasında müsbət fikirə rast gəlmək mümkün deyil. Mətbuatda yayılan xəbərlərdə onun “söküntü işlərindəki məharəti” nəticəsində milyonlar qazandığı deyilir. Xatırlatmaq yerinə düşər ki, Bakıda 2010-cu illərin əvvəllərində “Basin” adlanan Füzuli küçəsində də, 2014-cu illərin sonlarında “Sovetski” adlanan ərazidə də qalmaqallı söküntü işləri Zülfəli İsmayılov rəhbərliyi və nəzarəti ilə aparılıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul

Seçilən
0
1
yenilik.az

2Mənbələr