AZ

Bankda krediti olanlara ŞAD XƏBƏR: Bu halda borclarınız silinə bilər

Kredit borclarının silinməsi məsələsi bir çox vətəndaşı maraqlandırır. Bəzən insanlar düşünür ki, müəyyən müddətdən sonra və ya bankın fəaliyyəti dayananda borc avtomatik olaraq silinir. Maraqlıdır, kredit borcları hansı hallarda silinə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, borcun silinməsi iki əsas halda mümkündür:

Əkrəm

“Bir qayda olaraq borc o halda silinir ki, ya müştəri pulu tam şəkildə ödəyir, ya da bank ona rəsmi güzəşt edir. Yəni tərəflər arasında müəyyən razılaşma, saziş əldə olunur. Məsələn, müştərinin 10 min manat borcu varsa, bank razılaşma əsasında deyə bilər ki, 9 min manatını ödə, qalan min manatı isə silinir,” – ekspert qeyd edib.

Əkrəm Həsənovun sözlərinə görə, bunun xaricində borcun silinməsi mümkün deyil:

“Başqa heç bir halda borc silinmir, sistemdə daima qalır. Bank rəsmi şəkildə borcu bağlayanda isə bu, sistemdə həmin tarixdən etibarən “bağlanıb” kimi görünür. Əgər silinməyibsə, məlumat orada qalmaqda davam edir.”

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
6
konkret.az

1Mənbələr