Oktyabrın 4-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində "BMW" və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü ölüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində “Mercedes”in sürücüsü Rəşad Ələsgərov hadisə yerində həyatını itirib. Əslən Kəlbəcər rayonundan olan R.Ələsgərov Oğuzda yaşayırdı.
Mərhumun qardaşı da yol qəzasında ölüb. Belə ki, 2021-ci ildə 26 yaşlı Mehman Ələsgərov avtomobilin yolun kənarındakı ağaca çırpılması nəticəsində dünyasını dəyişib.