AZ

“Bacımın qoyub getdiyi balalarına baxıram” - VİDEO

"Həyatla mübarizəm hər zaman davam edəcək. Bacımın mənə qoyub getdiyi balalarına baxıram. Onlara lazım gələcək xala, lazım gələcək ana kimi son nəfəsimə qədər arxa-dayaq olacağam".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yaydığı videoda deyib.

O əlavə edib: "Onlarla həyat mübarizəmi davam etdirəcəyəm. Sizinlə mənim heç bir mübarizəm yoxdur. Çünki siz mənə rəqib deyilsiniz. Peşəkar aktrisayam və başımı aşağı salıb işimi görürəm. Siz hər şeydən kasadsınızsa, mübarizə apara bilmirsinizsə, rəqabəti başqa tərəfdə axtarırsınız, bu, mənim problemim deyil". Dördpendirli pizza

Aktrisa həmkarlarının haqqında xoşagəlməz sözlər danışdığını bildirib:

"Sizin hələ həyat heykayəniz bitməyib. Ömrünüzün hansı faciələrlə bitəcəyini bilmirsiniz. Ona görə də başqasının başına gələn hadisələrdən kef almayın. Narahat olmayın, dəmir kimi adamam. Qulağıma bəzi şeylər gəlir, bunlar etik deyil. Sizə baş qoşmağa vaxtım yoxdur. Meydana atılmışam, işlərim çoxdur.

Videolarımda dedim ki, bacımın övladlarını bağrıma basıb həyata davam edirəm. Bunu başa düşməzsiniz. Çünki ailə bağları olmayan ailədə doğulmusunuz. Bizi qeyrətli qadın dünyaya gətirib və deyib ki, başınıza nə gəlsə bir-birinizin əlini buraxmayın. Üzümə deyirsiniz, sonra da arxamca danışırsınız ki, Allah bilir dərdi kimə verir. Dərdimi çəkirəm. Amma eyni zamanda filmə, seriala çəkilirəm. Bacımın qoyduğu balalara baxıram. Sənin dərdin olanda harada çəkəcəksən? Dəlixanada?"

 


Telegram kanalımız
Seçilən
12
8
yenisabah.az

10Mənbələr