Qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində istismar qaydalarına uyğun işlər görülür.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
***
09:42
Hövsan qəsəbəsi "Mida-2" yaşayış kompleksində su borusu partlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, artıq iki gündən bir eyni problem təkrarlanır. Boruların partlaması nəticəsində ərazi su altında qalır. Piyadalar və avtomobillər üçün hərəkət çətinləşib.
Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemlə ciddi məşğul olan yoxdur.
"Boru müvəqqəti düzəldilir, lakin 2-3 gün keçməmiş yenidən xətdə qəza olur", deyə şikayətşi vurğulayıb.
Ərazidən kadrları təqdim edirik:
5Mənbələr
-
qafqazinfo.azBu ərazidə su borusu partladı, yol çökdü Video ( 22096444)
-
konkret.azBu ərazidə su borusu partladı, yol çökdü – VİDEO ( 22092412)
-
bizim.mediaBu ərazidə su borusu partladı, yol çökdü – VİDEO ( 22092427)
-
cebheinfo.azBu ərazidə su borusu partladı: Yol çökdü - VİDEO ( 22091875)
-
demokrat.azBu ərazidə su borusu partladı, yol çökdü— VİDEO/FOTOLAR ( 22091413)