AZ

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir oktyabrın 30-da Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında təşkil olunacaq.

Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla həmin ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.

GPS işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.

Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunacaq. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər və həmin yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının qarşısında duran çağırışlar müzakirə ediləcək.

Sammitdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcəklər.

Tədbirə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq və qeydiyyat proseduru barədə Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı və sosial media səhifələrində məlumat paylaşılacaq. Sammit barədə daha ətraflı məlumatı www.geleceyinpesheleri.az saytından əldə edə bilərsiniz.

Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.

Gələcəyin_Peşələri_Sammiti GPS_2025 Dövlət_Məşğulluq_Agentliyi Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi Naxçıvan gələcək_əmək_bazarı peşə və_bacarıqlar texnologiya_və_innovasiyalar iş_dünyası təhsil_məşğulluq işəgötürənlər dövlət_qurumları təhsil_müəssisələri peşəkarlar panel_müzakirələr əmək_bazarının_transformasiyası dəyişikliklərə_adaptasiya karyera_məsləhətçiləri insan_resursları sahibkarlar təhsil_ekspertləri inkişaf_mentorları qeydiyyat Bakı karyera_həlləri innovativ_karyera rəqabətədavamlılıq
Seçilən
12
13
marja.az

10Mənbələr