AZ

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 8 % artıb

2025-ci ilin oktyabrın 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 % artaraq 837,8 min olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, 9 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 7,7 % artaraq 56,9 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 % artaraq 228,5 minə çatıb.

Ötən il Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 8 milyard 103,9 milyon manat, 2023-cü illə müqayisədə isə 766,5 milyon manat və yaxud 9,4 % çox icra olunub.

Aytac

Seçilən
3
17
anews.az

10Mənbələr