AZ

Azərbaycan avarçəkənləri III MDB Oyunlarını dörd medalla başa vurublar

III MDB Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub.

"Cebheinfo.az" xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə 4 medal qazanıblar.

Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.

"Cebheinfo.az" 

Seçilən
20
8
cebheinfo.az

10Mənbələr