AZ

“Turan Tovuz” panamalı futbolçu ilə yeni müqavilə imzalayıb

Bakı, 6 oktyabr, AZƏRTAC

“Turan Tovuz” futbolçusu Roderik Millerlə müqavilənin müddətini uzadıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, panamalı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən futbolçu bu müddət ərzində komandanın heyətində 58 oyun keçirib və 10 qol vurub.

Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz klubu ilə əvvəlki müqaviləsi 2026-cı ilin yayında başa çatmalı idi.

 

 

Seçilən
49
4
azertag.az

8Mənbələr