AZ

İran: Türkiyənin BMT sanksiyalarını icra etməsi "hüquqi cəhətdən əsassızdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin BMT Təhlükəsizlik Şurasının (TŞ) ləğv edilmiş qətnamələrinin icrası barədə verdiyi son bildirişi "lazımsız və hüquqi cəhətdən əsassız" adlandırıb.

XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib ki, üç Avropa ölkəsinin (Fransa, Almaniya və Böyük Britaniya) sanksiyaları bərpa etməsinin qanuni hüquqi əsası yoxdur. Bəqai bütün ölkələri, xüsusilə də İranın qonşularını və dost dövlətləri, bu qeyri-qanuni addımları qanuniləşdirə biləcək hər hansı tədbirdən çəkinməyə çağırıb.

Rəsmi Tehrandan qeyd olunub ki, Türkiyənin bildirişində adı çəkilən qurumların Türkiyədə aktivləri və ya hesabları yoxdur, hətta Atom Enerjisi Təşkilatının rəsmisi heç bir həbsin baş vermədiyini bildirib.
Buna baxmayaraq, ötən həftə "Sepah Pasdaran" Telegram kanalı Türkiyənin beynəlxalq sanksiyaların bərpasından sonra 20 İran fiziki şəxsinin və 18 təşkilatın əmlakını dondurduğunu iddia etmişdi. Bu qurumlar arasında İran Atom Enerjisi Təşkilatı və Sepah Bankı ilə əlaqəli strukturların adı çəkilirdi. Bəqai isə ABŞ-nin sanksiyaları bərpa etmək siyasəti səbəbindən Avropa ölkələrinin danışıqlarda uğur qazana bilmədiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr