AZ

Fransa hökumətinin başçısı istefa verdi - Makronun idarəçiliyi dövründə mənfi rekordlar yenilənir

Hurriyyet.az xəbər verir ki, hökumətin yeni tərkibinin açıqlanmasından sonra müxalifət tərəfindən edilən tənqidlər fonunda Fransanın Baş naziri Sebastyan Lekornyu istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.

“Le Figaro” qəzetinin Yelisey sarayının bəyanatına istinadən verdiyi məlumata görə, dövlət başçısı onun istefasını qəbul edib.

Qeyd edək ki, Lekornyu bir gün əvvəl yeni hökumətə təyinatları açıqlamışdı. Əvvəlki kabinetdən bəzi nazirlər öz vəzifələrini qoruyublar.

Bununla da Lekornyu Beşinci Respublika tarixində ən qısa müddət ərzində Baş nazir postunu tutmuş hökumət başçısı oldu. Əvvəllər bu postu ən qısa müddətdə tutmaq rekordu 2024-cü ilin dekabrında təyin olunduqdan üç aydan bir qədər sonra istefa verən Mişel Barnyerə məxsus idi.

Hürr Tərcüman

 

Seçilən
22
1
hurriyyet.az

2Mənbələr