AZ

Hindistan Rusiya ilə birgə hərbi təlim keçir

Hindistan

Hindistanın Rəcastan əyalətindəki Məhacjan poliqonunda Rusiya-Hindistan “İndra-2025” birgə təlimləri başlayıb.

APA xəbər verir ki, bu barədə “TASS” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, oktyabrın 15-dək davam edəcək “İndra-2025” birgə Rusiya-Hindistan təlimləri iki ölkənin bölmələrinin beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsinə, o cümlədən antiterror əməliyyatlarının taktikasının inkişafına həsr olunub.

Seçilən
16
5
xalqcebhesi.az

6Mənbələr