AZ

Bakıda V "Qələbə qaçışı" təşkil ediləcək

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 2-də Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə "Qələbə qaçışı" adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil olunacaq. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

Qaçışda iştirak üçün 18 yaşdan yuxarı şəxslər https://events.smartscoring.com/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. "Qürurla irəli" şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait "YAŞAT" Fonduna köçürüləcək. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.

"Cebheinfo.az" 

Seçilən
18
15
cebheinfo.az

10Mənbələr