AZ

Çıxarışı olmayan sənədsiz evlərlə bağlı VACİB AÇIQLAMA: Bu cür əməliyyatları edə bilməyəcəksiniz

Qeydiyyatsız evlərin satılması, bağışlanması və ya ipoteka kimi əməliyyatlarda istifadəsi son vaxtlar əhali arasında tez-tez müzakirə olunur. Bəziləri belə hesab edir ki, çıxarışı olmayan, lakin faktiki mövcud olan tikililərlə də alqı-satqı aparmaq mümkündür. Bəs qanun buna necə yanaşır? Qeydiyyatsız əmlakla bu cür əməliyyatların həyata keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a əmlak məsələləri üzrə ekspert Elnur Azadov açıqlamasında bildirib ki, əmlakın dövlət qeydiyyatının, çıxarışın əldə olunması qanunvericiliyin tələbidir.

İnşaat

Azadov qeyd edib ki, çıxarışsız (qeydiyyatsız) əmlak istisna halları olmadıqda qanunsuz tikili hesab edilir.

“Qanuni tikilidirsə, tikinti şirkətləri binanın istismara qəbulu aktını alarkən onun müqavilə ilə alqı-satqısını həyata keçirirlər. Müqavilə olmayan yerdə başqa alternativ yoxdur”, — deyə ekspert əlavə edib.

O, vurğulayıb ki, qeydiyyatsız əmlakın alınması və ya satışı qanuna zidd əməliyyat sayılır:

“Belə hallarda dövlət qeydiyyatına alınma baş vermir və vergilərin ödənilməsi də mümkün olmur”.

Ekspertin sözlərinə görə, əmlak alqı-satqısı, bağışlama və ipoteka qoyulması kimi əməliyyatlar üçün mütləq şəkildə dövlət çıxarışının olması vacibdir; əks halda tərəflər gələcəkdə hüquqi mübahisələr və iqtisadi itkilərlə üzləşə bilərlər.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr