AZ

Azərbaycan avarçəkənləri MDB Oyunlarını dörd medalla başa vurdular

III MDB Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub.

Operativ Media xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə 4 medal qazanıblar.

Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.

Seçilən
48
8
operativmedia.az

10Mənbələr