AZ

Dörd vilayətdən və Krımdan imtina edərdim: Arestoviçdən sensasion açıqlama

Ukrayna prezident aparatının rəhbərinin keçmiş müşaviri Aleksiy Aretoviç Krımı və dörd vilayəti Rusiyaya verməyə hazır olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində bildirib və videosu “YouTube”da yerləşdirilib. "Mən dörd vilayətdən və Krımdan imtina edirəm. Onları Rusiya kimi tanımıram, təxminən AFR və ADR variantı kimi şərtlərlə onlardan imtina edirəm.

Bu, müharibənin sonu deməkdir. Müqavilə yox, "qalıcı" sülh sazişi olacaq", - o deyib. Aretoviç vurğulayıb ki, rusdilli əhalinin və kilsənin hüquqları da təmin edilməlidir. O qeyd edib ki, bütün bu şərtlərin yerinə yetirilməsi münaqişənin sona çatmasına töhfə verə bilər.

Bundan əvvəl Aleksey Arestoviç bəyan etmişdi ki, ölkə yalnız neytral status və Rusiya və Belarusla mehriban qonşuluq münasibətləri fonunda mövcudluğunu davam etdirə bilər.

Seçilən
23
1
publika.az

2Mənbələr