AZ

Geri sayım başlauıb, Makron getməlidir - Fransalı siyasətçi

Fransa parlamentinin "Məğlub olmayan Fransa" fraksiyasının lideri Mathilde Pano bəyan edib ki, Fransa lideri Emmanuel Makron istefa verməlidir.

“İki sahil” xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

"Bir ildən az müddətdə üç baş nazir uğursuzluğa düçar oldu. Geri sayım başladı. Makron getməlidir"- deyə, o, qeyd edib.

Oktyabrın 6-da “Le Figaro” nəşri yazıb ki, Fransanın yeni baş naziri Sebastien Lekornunun istefası barədə ərizə verib. Makronun yeni təyin olunmuş baş nazirin istefasını qəbul etdiyi bildirilir.

Seçilən
71
31
ikisahil.az

10Mənbələr