AZ

Niderlandın Baş naziri Ukraynaya gedib

Niderlandın Baş naziri Dik Sxoof Kiyevə səfər edib...

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

 
O, Mixaylovsk meydanında həlak olmuş ukraynalı döyüşçülərin xatirəsini yad edib.

“Biz Niderlandın Baş Naziri Dik Sxoof ilə birlikdə həlak olmuş ukraynalı müdafiəçilərin xatirəsini yad etdik. Azadlığımızı qoruyanların və onların qəhrəmanlıqlarının xatirəsini minnətdarlıqla saxlayırıq. Ukraynanın müstəqilliyini qazanan həlak olmuş müdafiəçilərin xatirəsi əbədi olsun. Hər birinə sonsuz təşəkkür”, – Zelenski qeyd edib.

Poliqon.info

Seçilən
1
4
poliqon.info

5Mənbələr