AZ

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

Misli Premyer Liqasının VII turu penaltilərlə zəngin olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, altı oyunda beş dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Ruan Renato (“Zirə”) “Neftçi”nin, Coy Lens Mikels (“Sabah”) “Karvan-Yevlax”ın, Rikardo Apolinario (“Şamaxı”) “Qəbələ”nin qapısına yol tapıb. Dioqo Almeyda (“İmişli”) “Araz-Naxçıvan”a, Aleksandr Ramalinqom (“Sumqayıt”) “Turan Tovuz”a qarşı matçda imkanı qaçırıb. Bu, penalti sayında mövsümün rekordudur. Premyer Liqada daha çox belə zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün XI turunda təsadüf olunub.

Həmin vaxt 5 oyunun hamısında, ümumilikdə altı dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. 2024-cü il oktyabrın 25-27-dəki turda bu zərbələrdən üçü qolla nəticələnib, üçü qeyri-dəqiq alınıb. Toral Bayramov (“Qarabağ”) “Şamaxı”, Felipe Santos (“Araz-Naxçıvan”) “Zirə” ilə matçda dəqiq olubsa, Cesse Sekidika (“Sabah”) “Neftçi”, Fərid Nəbiyev (“Səbail”) “Sumqayıt”la dueldə şansı qaçırıb. İki penalti təyin edilən görüşdə isə Luis Paçu (“Kəpəz”) qola sevinibsə, Kristian da Silva (“Turan Tovuz”) qeyri-dəqiq olub.

saytlarin hazirlanmasi

Seçilən
29
21
sportal.az

10Mənbələr