AZ

“Soyuqlamışam, keçər gedər”, deyib üstündən keçməyin, ÖLÜMCÜLDÜR - PEDİATR

Bu yeni vaksin qripin hansı ştammına qarşıdır, məlumat yoxdur
 
Azərbaycana qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, bu il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start veriləcək. 

Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qripin çox ağır xəstəlik olduğunu dedi: 

- Qripə laqeyd yanaşmaq olmaz.  Qrip çox ağır, hətta ölümlə nəticələnən dəhşətli xəstəklikdir. Dünyada milyonlarla insan qripdən vəfat edib. Ona dırnaqarası baxılmamalıdır. “Soyuqlamışam, keçər gedər”, deyib üstündən keçmək olmaz. Müəyyən elmi tədqiqat qrupları var ki araşdırırlar, hansı regiondan qripin hansı ştammının yayılmaq ehtimalı var. Qripin 3 ştammı var - A.B.C. Tədqiqat qrupu araşdırır ki məsələn, Qafqaz regionunda payız aylarında qripin hansı ştammı yayılacaq, ona uyğun da vaksin gətirilir ölkəyə. Bu yeni vaksin qripin hansı ştammına qarşıdır, məlumat yoxdur. Amma biz tövsiyə edirik ki, immuniteti zəif olanlar, tez-tez xəstələnənlər, yaşlı insanlar, xroniki xəstəlikləri olanlar, eləcə də bağça və məktəb yaşlı uşaqlar qripə qarşı peyvənd olunsunlar.  Peyvənd vurdurmaq məsləhətdir.Bu, gözardı edilməməlidir. 

Seçilən
17
1
sherg.az

2Mənbələr