AZ

Qurd Dərəsi bağlarında hərbi sursatlar aşkar edilib (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd Dərəsi bağları adlanan ərazidə hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

"Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 38 ədəd VM-30 və 3 ədəd VM-45 artilleriya mərmilərinin partladıcıları olduğu müəyyən edilib".

Qeyd edilib ki, sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

"Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib",- qurumdan əlavə olunub.
 Qurd Dərəsi bağlarında hərbi sursatlar aşkar edilib (FOTO/VİDEO)


Seçilən
17
19
7news.az

10Mənbələr