AZ

Hindistanda "İndra-2025" təlimləri başlayıb

Hindistanın Mahacan poliqonunda Rusiya ilə birgə keçirilən "İndra-2025" təlimləri başlayıb.

News365.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 15-nə qədər davam edəcək təlimlərin məqsədi beynəlxalq terrorla mübarizədə qarşılıqlı əlaqələrin, antiterror əməliyyatlarının keçirilmə taktikasının təkmilləşdirilməsidir.

Bundan başqa, təlimlərdə bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və müasir şəraitdə döyüş əməliyyatlarının aparılması ilə bağlı təcrübə mübadiləsinə diqqət yetiriləcək.

Seçilən
19
2
news365.az

3Mənbələr