Hindistanda Rusiya ilə birgə “İndra-2025” adlı genişmiqyaslı hərbi təlimlərə start verilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, təlimlərin açılış mərasimi Racastan ştatındakı Məhacan poliqonunda keçirilib. Təlimlər 6–15 oktyabr tarixlərini əhatə edəcək.
Nazirliyin bəyanatında bildirilib ki, təlimlərin əsas məqsədi Rusiya və Hindistan hərbçiləri arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, eləcə də birgə antiterror əməliyyatları taktikasının işlənməsidir.
Təlimlər çərçivəsində hər iki ölkənin qoşunları birgə taktiki əməliyyatların idarə olunmasını, əməliyyat qarşılıqlı fəaliyyətini artırmağı və müasir döyüş şəraitinə uyğun təcrübə mübadiləsini həyata keçirəcəklər.
Nuriyyə NATİQQIZI