AZ

“Turan Tovuz” müdafəçisi ilə müqavilənin müddətini uzatdı

“Turan Tovuz” Roderik Millerlə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. 2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən futbolçu bu müddət ərzində 58 oyunda meydana çıxıb və 10 qol vurub. Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan Millerin “Turan Tovuz”la müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.
Seçilən
14
3
msport.az

8Mənbələr