2025-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub.
"Medicina" xəbərverir ki, onlar 3 nəfərdir. Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi .
Onlar bu mükafata periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə layiq görülüblər.
Meri E. Brunkou 1961-ci ildə ABŞ-da doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-lı immunoloqdur. Şimon Sakaquçi Yaponiya immunoloqu və Osaka Universitetinin professorudur.
MEDİCİNA.AZ