AZ

Azərbaycanda keçiriləcək WUF13 forumunda 20 mindən çox insanın iştirakı gözlənilir

Bakı. Trend:

Gələn il, 18-22 may tarixlərində Azərbaycanda keçiriləcək 13-cüDünya Şəhərsalma Forumunda (WUF13) 20 mindən çox insanın iştirakıgözlənilir.

Trend xəbər verirki, bunu BMT-nin Yaşayış Məskənləri Proqramının Azərbaycan üzrərəhbəri Anna Soave ADA Universitetində keçirilən Azerbaijan UrbanCampaign (AUC2026) kampaniyasının işə salınması çərçivəsindəjurnalistlərə açıqlamasında bildirib.

“Biz Azerbaijan Urban Campaign kampaniyasının açılışında iştiraketdiyimizə çox şadıq. Bu təşəbbüs “WUF13”ün 13-cü sessiyasındadünyanın müxtəlif yerlərindən iştirakçıların forumda iştirakınıtəşviq etmək üzrə səylərimizi tamamlayır. Biz böyük sayda iştirakçıgözləyirik, çünki WUF13 urbanistika mövzularına həsr olunmuş ən iribeynəlxalq tədbirlərdən biridir”,- Soave qeyd edib.

Onun sözlərinə görə, bu il forumun əsas mövzusu bütün insanlarüçün mənzil təminatı və mənzil əlçatanlığı məsələlərinə həsr olunubki, bu da birbaşa təşkilatın işlədiyi icmalarla bağlıdır.

“Biz yalnız beynəlxalq tərəfdaşların deyil, həm də Azərbaycanınyerli icmasının iştirak edəcəyi, bir sıra tədbirlər hazırlamışıq.Forum ərəfəsində dövlət strukturları və tərəfdaşlarla birgətəşəbbüslər həyata keçirilir”, - deyə o vurğulayıb.

“UN-Habitat” nümayəndəsi əlavə edib ki, maraqlı tərəflərarasında hökumət nümayəndələri, milli siyasətçilər, yerliözünüidarə orqanları, parlament üzvləri, gənclər, qadınlar,vətəndaş cəmiyyəti, analitik mərkəzlər, xeyriyyə təşkilatları,tədqiqat institutları və akademik ictimaiyyət, həmçinin əlilliyiolan şəxslər daxildir.

Seçilən
8
az.trend.az

1Mənbələr