Con Ternusun Apple-ın baş direktoru vəzifəsində Tim Kuku əvəzləyəcəyi ehtimal edilir. O, şirkət daxilində ən uyğun namizəd kimi görünür.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin qeyd edib ki, Kukun gələn ay 65 yaşı tamam olur və onun top-menecment komandasının bir çoxu artıq Apple-ı tərk edib. Onların arasında şirkətin baş əməliyyat direktoru, baş direktorun "sağ əli" olan Ceff Williams və bir çoxlarının onun potensial varisi hesab etdiyi adam da var.
Agentlik Ternusu yaşına və işinin spesifik xüsusiyyətinə görə Kukun ən çox ehtimal olunan varisi kimi adlandırır. Ternus aparat təminatının hazırlanmasına rəhbərlik edir.