AZ

Zelenskinin keçmiş müşaviri Putini təriflədi

BAKI, 6 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Rusiya lideri Vladimir Putini “təcrübəli oyunçu” adlandırıb.

Teleqraf xəbər verir ki, o, Putini bir insan kimi yox, “düzgün addımlar atmağı bilən siyasətçi” kimi təriflədiyini iddia edib.

“Onu təcrübəli oyunçu kimi tərifləyirəm. Onun ideal insan və ya müqəddəs olduğunu demirəm, o, sadəcə düzgün gedişlər edən, razılaşmalara əməl edən oyunçudur”, - Ukraynanın keçmiş rəsmisi qeyd edib.

Arestoviç əlavə edib ki, Putin yaxşı fiziki vəziyyətdədir və heç vaxt razılaşmaları pozmur.

Seçilən
22
teleqraf.com

1Mənbələr