AZ

Misli Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Bakı. Trend:

Misli Premyer Liqasının VII turu penaltilərlə zəngin olub.

PFL-dən Trend-ə verilən məlumata görə, altı oyunda beş dəfə 11metrlik cərimə zərbəsi təyin olunub.

Ruan Renato (“Zirə”) “Neftçi”nin, Coy Lens Mikels (“Sabah”)“Karvan-Yevlax”ın, Rikardo Apolinario (“Şamaxı”) “Qəbələ”ninqapısına yol tapıb. Dioqo Almeyda (“İmişli”) “Araz-Naxçıvan”a,Aleksandr Ramalinqom (“Sumqayıt”) “Turan Tovuz”a qarşı matçdaimkanı qaçırıb.

Bu, penalti sayında mövsümün rekordudur. Premyer Liqada daha çoxbelə zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün XIturunda təsadüf olunub. Həmin vaxt 5 oyunun hamısında, ümumilikdəaltı dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib.

2024-cü il oktyabrın 25-27-dəki turda bu zərbələrdən üçü qollanəticələnib, üçü qeyri-dəqiq alınıb. Toral Bayramov (“Qarabağ”)“Şamaxı”, Felipe Santos (“Araz-Naxçıvan”) “Zirə” ilə matçda dəqiqolubsa, Cesse Sekidika (“Sabah”) “Neftçi”, Fərid Nəbiyev (“Səbail”)“Sumqayıt”la dueldə şansı qaçırıb. İki penalti təyin edilən görüşdəisə Luis Paçu (“Kəpəz”) qola sevinibsə, Kristian da Silva (“TuranTovuz”) qeyri-dəqiq olub.

Seçilən
7
21
az.trend.az

10Mənbələr