AZ

MİDA fəhlələri qul kimi işlədir…

MİDA konkret olaraq qul əməyi tətbiq edib. İşçilərə elə pul verir ki, heç qədim Misirdə kölələrə o münasibət olmayıb.


Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Fikrət Fərəməzoğlu yazıb. Jurnalist MİDA-nın işçilərə gördükləri iş qarşılğında verilən pulu biabırçılıq adlandırıb:
“Bir kvadrat metr “şpaklyovka” işi – Hər təbəqə üçün 80 qəpik. (Normalda bir təbəqə üçün 2.50 manatdı).
Bir kvadrat “şkatur” – 1-2 manat. (Normalda 4-6 manat).
Hörgü – hər kv.m.- 2.50 manat (normalda 6 manat).
Digərlərini yazmayım. Bu biabırçılıqdır. MİDA-nın rəhbəri AQTA-nın başında duran Qoşqar Təhməzlinin qardaşıdır. Bir qardaş ölkəni vaxtı keçmiş, zərərli, saxta məhsullarla zəhərləyir. O biri qardaş da, işçilərini qul kimi işlədir.
Qədim Misirdə qullara ayrıca ev tikilər, gündəlik 3 ədəd çörək və iki litr pivə verilərdi. Həftədə bir dəfə ətli yemək və ya evinə aparmaq üçün ət, bayramlarda sovqat və sair verilərdi. Qoşqarın qardaşı isə azərbaycanlıları Misirdəki kölələrdən daha aşağı gördüyü üçün işçilərə belə münasibət göstərir”.
Seçilən
10
2
yenilik.az

3Mənbələr