AZ

2025 Nobel Tibb Mükafatı sahiblərini tapdı

Fiziologiya və ya Tibb sahəsində 2025-ci il Nobel Mükafatı “periferik immun tolerantlıq”la bağlı kəşflərinə görə Mary E. Brunkow, Fred Ramsdell və Shimon Sakaguchi-yə təqdim edilib.

News365.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin sosial media hesabında məlumat yayılıb.

Açıqlamada bildirilib ki, alimlər immun sisteminin bədənin öz hüceyrələrinə qarşı reaksiya verməməsini təmin edən mexanizmləri araşdırıblar.

“İmmun sistemimiz təkamülün bir şah əsəridir. O, hər gün minlərlə virus, bakteri və digər mikroblardan bizi qoruyur. İmmun sisteminin əsas xüsusiyyəti, patogenləri tanımaqla yanaşı, bədənin öz hüceyrələrini zərərsiz kimi qəbul etməsidir,” – açıqlamada qeyd olunub.

Məlumatda o da vurğulanıb ki, alimlərin kəşfləri sayəsində immunitetin daha mürəkkəb və çoxsəviyyəli sistem olduğu üzə çıxıb.

Nobel Komitəsi alimlərin tədqiqatlarının autoimmun xəstəliklərin (məsələn, revmatoid artrit və tip-1 diabet) müalicəsində yeni yanaşmaların inkişafına təkan verdiyini bildirib.

News365.az 

Seçilən
7
news365.az

1Mənbələr