AZ

3 yaşlı uşaq xəsarət aldı: Dövlət bağçalarında niyə kamera sistemi yoxdur?

"Ümumiyyətlə, dövlət bağçalarında kamera sistemi və daxili nəzarət mexanizmi mövcud deyil. Amma bir çox özəl bağçalarda həm xarici, həm də daxili nəzarət sistemləri qurulub. Bəzi müəssisələrdə, hətta valideynlərə bağçadakı videogörüntülərə qoşulmaq imkanı da verilir".


Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib. 



"Valideyn olaraq uşağınızı hər hansı bir bağçaya etibar etməzdən əvvəl ilk növbədə, mühafizə məsələlərinə, həm xarici mühafizəyə, həm də daxili videomüşahidə sisteminə diqqət yetirmək lazımdır.İkinci növbədə, bağçada qidalanma şəraitinin, gigiyena və sanitariya normalarının düzgünlüyünü yoxlamaq vacibdir".

O bildirib ki, daha sonra bağça rəhbərliyi və tərbiyə-təlimlə məşğul olan işçilərlə görüşmək lazımdır:

"Bu görüş zamanı onların psixoloji vəziyyəti, davranış tərzi və uşaqlara münasibəti barədə ilkin təsəvvür formalaşdırmaq mümkündür. Uşağın yıxılma məsələsinə gəldikdə isə zərərçəkən şəxsin valideynləri hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hadisə ilə bağlı araşdırma aparıldıqdan sonra uşağın xəsarət alma səbəbi və forması müəyyən edilə bilər".

Qeyd edək ki, Bakıda körpələr evindən birində 3 yaşlı uşaq yıxılaraq xəsarət alıb.
Seçilən
12
2
yenilik.az

3Mənbələr