Əfsanəvi Canluici Buffonun oğlu Lui İtaliya A Seriyasında debüt edib.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı futbolçu "Boloniya" ilə qarşılaşmanın 77-ci dəqiqəsində "Piza"nın heyətində meydana daxil olub.
Lui Buffon vinger mövqeyində çıxış edir.
Qeyd edək ki, o, Çexiya U-17 yığmasının da üzvüdür. Anası çexiyalı olduğu üçün bu seçimi edib.