AZ

Gələn il Azərbaycana şəhərsalma forumu ilə bağlı 20 mindən çox insan gələcək

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Gələn il Azərbaycana Ümumdünya Şəhərsalma Forumunda iştirak üçün 20 000-dən çox insan gələcək".

Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhər Forumu dünyanın ən böyük belə tədbirlərindən biridir və mütləq olaraq şəhər mövzusuna fokuslanan ən böyük tədbirdir:

"Bu tədbirə qədər tərəfdaşlarla bir sıra təşəbbüslər planlaşdırılır. Bu təşəbbüslər bu gün Azərbaycan Şəhərsalma Kampaniyası ilə bağlı təqdimatın diqqət mərkəzində idi. Biz izah etdik ki, hansı maraqlı tərəflərlə işləməyi gözləyirik. Bunlara hökumət üzvləri, milli qərar qəbul edənlər, yerli idarəetmə orqanları, parlament üzvləri, gənclər, qadınlar, vətəndaş cəmiyyəti, tədqiqat mərkəzləri, xeyriyyə təşkilatları, elmi-tədqiqat institutları, akademiya və əlilliyi olan şəxslər daxildir".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
9
oxu.az

10Mənbələr