AZ

Netanyahunu heyrətləndirən olay: Tramp ona belə xəyanət etdi FT

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsini həll etmək planı İsrail Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz oldu.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

“Bu, Netanyahuya xəyanət kimi qəbul edilib. ABŞ liderinin Qəzza ilə bağlı plan layihəsi İsrailin baş nazirinə Nyu Yorka səfəri zamanı təqdim edilib. Amma bu, Netanyahuya yeganə zərbə deyildi. Trampın plan layihəsi Qətər, Səudiyyə Ərəbistanı və digər nüfuzlu müsəlman ölkələrinin intensiv lobbiçiliyinin nəticəsi idi. Bu da İsrailin 9 sentyabrda Dohada HƏMAS siyasi müzakirəçilərinə hücumunun nəticəsi oldu. Görünür, D.Tramp buna çox qəzəblənmişdi”, – deyə nəşr qeyd edib.

Qeyd edək ki, oktyabrın 3-də Fələstinin HƏMAS hərəkatının rəhbərliyi ABŞ prezidentinin təklif etdiyi, bütün israilli girovların azad edilməsini nəzərdə tutan planın şərtlərinə əməl etməyə hazır olduğunu bəyan edib. Buna cavab olaraq Tramp İsraili məhbusların təhlükəsiz azad edilməsini təmin etmək üçün Qəzza zolağına hücumları dərhal dayandırmağa çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də öz növbəsində Trampın bütün girovları azad etməyə yönəlmiş planının birinci mərhələsinin dərhal həyata keçirildiyini elan edib.

Əliyar Xəlil

Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr