AZ

Zaqatalanı böcəklər basdı, sakinlər evə girə bilmir Rəsmi qurumlar niyə susur?

ain.az, Lent az saytına istinadən bildirir.

Zaqatalanın kəndlərini böcəklər basıb.

İş o həddə çatıb ki, sakinlər evlərinə girə bilmirlər.

Lent.az-a müraciət edən sakinlər bildiriblər ki, rayonun Üçüncü Tala, Lahıc, Bəhmədli, Qandax, Əliabad, Mosul, Muxax və digər bir sıra kəndlərinə həşəratlar yayılıb.

Əvvəllər yalnızca həyətdə, ağaclarda olan böcəklər, artıq evlərə də hücüm çəkir. Kəndlilər qeyd edir ki, hətta onları öldürmək istəyəndə belə, ətrafa spesifik pis qoxu yayılır.

Uzun müddətdir problemlərini sosial şəbəkədə paylaşsalar da, hələ də sözügedən kəndlərdə dezinfeksiya işləri aparılmır.

Aidiyyatı qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmadı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
lent.az

1Mənbələr