Məşhur televiziyaçı Acun Ilıcalı, “Survivor 2026” üçün ilk iştirakçının müğənni Bayhan olduğunu açıqlayıb.
Sherg.az xəbər verir ki, bu il yarışma “Ünlülər-All Star konsepti ilə yayımlanacaq və çəkilişlər Dominik Respublikasında keçiriləcək.
Bayhan, Popstar yarışması ilə məşhurlaşıb, "Tiryakinim", "Seninle Olmak Var Ya", "Ah İstanbul" kimi hitləri ilə tanınır. O, həmçinin müxtəlif televiziya proqramları və seriallarda iştirak edib, 2021-ci ildə akustik albüm çıxarıb və 2024-də "Tiryakinim" mahnısını Grup Tual ilə ifa edib.