AZ

USQ Rusiyanın zəif nöqtələrini “tapıb” Neft infrastrukturu və hərbi obyektlər intensiv zərbə altındadır

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Silahlı Qüvvələri (USQ) son günlərdə Rusiyanın strateji zəif nöqtələrinə qarşı intensiv zərbələr endirir.

“AzPolitika" hərbi bloqerlərə istinadla bildirir ki, əvvəlki dövrlərdə neft emalı zavodlarına zərbələr 2–4 gün intervalı ilə vurulurdusa, son 4 gündə bu hücumlar hər gün təkrarlanıb.

Zərbələrdən bəziləri belədir:

3 oktyabr — Orsk neft emalı zavodu;

4 oktyabr — Kiriş neft emalı zavodu;

5 oktyabr — Kstov neft emalı zavodu;

6 oktyabr — Feodosiyada neft anbarları.

Maraqlıdır ki, əvvəllər USQ hücumlarını eyni vaxtda hərbi sənaye obyektlərinə, enerji infrastrukturuna və neft zavodlarına uyğunlaşdırmaqda çətinlik çəkirdisə, son 4 gündə kombinə edilmiş və sistematik zərbələr müşahidə olunur. Hərbi-texniki imkanların genişlənməsi nəticəsində zərbələr daha güclü və məqsədyönlü xarakter alıb; eyni zamanda bir sıra Rusiya hərbi sənaye obyektləri də hədəfə götürülüb.

Ekspertlər bildirirlər ki, bu tendensiyalara diqqət yetirmək vacibdir — onlar gələcək əməliyyatların strateji istiqamətini müəyyən edə bilər.

Rasim Əliyev “AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
azpolitika.info

1Mənbələr