AZ

NAZİR İKİ PROREKTORU İŞDƏN ÇIXARDI Yeni təyinat + FOTO

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

"AzPolitika"  Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, ali məktəbin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. O, universitetin İT Mərkəzinin direktorudur. Hazırda hər iki vəzifəni yerinə yetirir.

Qeyd edək ki, bu il fevralın 4-də dosent Rüfət Əzizov ADNSU-nun rektoru təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
31
azpolitika.info

10Mənbələr